"Barselona" razılıq əldə etdi

"Barselona" razılıq əldə etdi<span class="qirmizi"></span>

Ruben Neves "Barselona"ya keçməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb. Kataloniyalılar “Vulverhempton”un yarımmüdafiəçisini 30 milyon avroya transfer etməyə razılaşıblar. Müqaviləyə “Barselona”nın yarımmüdafiəçisi Ansu Fati də daxil ola bilər.

Yaxın günlərdə keçidin başa çatacağı gözlənilir. Neves mövsümün sonunda "Barselona"dan ayrılacaq Sergi Busketi əvəz edəcək.

Daha əvvəl "Barsa"nın Neveslə 4 illik müqavilə imzaladığı məlum olub .

Mənbə: qol.az