Haalanda görə "Siti"dən ayrılmaq istəyir

Haalanda görə "Siti"dən ayrılmaq istəyir<span class="qirmizi"></span>

"Mançester Siti"nin hücumçusu Xulian Alvarez klubdan ayrılmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə Britaniya mətbuatrı məlumat yayıb. Alvarezin belə qərara gəlməsi komanda yoldaşı Erlinq Haalandla bağlıdır. Futbolçu rəqabətə görə başqa kluba keçməyi düşünür. "Bavariya" 23 yaşlı argentinalı ilə müqavilə imzalamağa hazırdır.

Xulianın İngiltərə komandası ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Alvares bu mövsüm 48 oyunda 17 qol vurub və 5 qolun ötürməsini verib.

Mənbə: qol.az