PSJ 11-ci dəfə Fransa çempion oldu

PSJ 11-ci dəfə Fransa çempion oldu<span class="qirmizi"></span>

PSJ ardıcıl ikinci dəfə Fransa çempionatının qalibi olub.

Metbuat.az xəbər verir ki, Paris klubu “Strasburq” səfərindən bir xalla dönərək, titula yiyələnib.

Hesabı Lionel Messi açsa da, meydan sahiblərinin heyətində Qameyro fərqlənib. Əldə olunan heç-heçədən sonra parislilər ən yaxın izləyicisi “Lans”la xal fərqini dördə yüksəldərək, mövsümün bitməsinə 1 tur qalmış məqsədlərinə çatıblar. Bununla da, PSJ son 11 ildə 9-cu dəfə ölkənin ən güclüsü olub.

Qeyd edk ki, PSJ 11 çempionluqla Fransanın ən titullu klubudur.

37-ci tur

“Strasburq” – PSJ – 1:1

“Lans” – “Ayaçço” – 3:0

 

 

Mənbə: metbuat.az