Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılarımızın heç biri medal qazana bilməyb.
80 kq-da çıxış edən Ələsgər Əliyev ilk görüşdə Seneqal idmançısına qalib gəlsə də, 1/8 finalda Kolumbiyalı Migel Treyosa uduzub.
87 kq-da mübarizə aparam Taleh Süleymanov da ilk döyüşündə uğur qazanıb. Ancaq Belçikadan olan rəqibinə qalib gəlsə də, ABŞ-dan olan rəqibi qarşısında aciz qalıb.
Qadın taekvondoçumuz təcrübəli Patimat Abakarova ilk görüşündə yapon idmançıya qalib gəlsə də Qazaxıstan təmsilçisi Botagez Kopanovaya uduzub.
Mənbə: bizim.media