"Səbail" onunla yolları ayırdı

"Səbail" onunla yolları ayırdı<span class="qirmizi"></span>

"Səbail" futbolçusu Luvaqa Kizito ilə yolları ayırıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, uqandalı hücumçu ilə bu mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, L.Kizito ötən ilin iyununda "Səbail"ə transfer olunmuşdu. O, klubda meydana çıxdığı 23 oyunda 2 qol vurub.

Mənbə: qol.az