“Qarabağ” basketbol komandası yaradır

“Qarabağ” basketbol komandası yaradır<span class="qirmizi"></span>

Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq.

Çempionatın gərgin alınması və azarkeşlərin marağı sahəyə diqqəti artırıb.

Bəzi futbol klubları son çempion “Sabah” kimi basketbol komandası yaratmağı düşünürlər. Onlardan biri də “Qarabağ”dır. Futbolda ölkəmizi avrokuboklarda uğurla təmsil edən Ağdam klubu basketbolda da iddialı olmaq niyyətindədir. Artıq qərar verilib: “Qarabağ”ın basketbol komandası yaradılacaq və növbəti mövsüm yarışacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında ötən mövsüm 8 kollektiv yarışıb və onlardan yalnız “Sabah”ın futbol komandası var. Növbəti mövsüm iştirakçı sayının 10 və ya 12 olacağı gözlənilir. “Qarabağ”dan başqa maraq göstərən futbol klubları da var.(oxu.az)

Mənbə: moderator.az