“3 il işlədikdən sonra gördüm ki, Azərbaycan millisində inkişaf yoxdur” - Prosineçki

“3 il işlədikdən sonra gördüm ki, Azərbaycan millisində inkişaf yoxdur” - Prosineçki<span class="qirmizi"></span>

Xorvatiyalı mütəxəssis Robert Prosineçki Azərbaycan milli komandasındakı fəaliyyəti barədə danışıb.

Qol.az xəbər verir ki, ölkəsinin “24 sata” nəşrinə geniş müsahibəsində o, baş məşqçi kimi fəaliyyət göstərdiyi millimizdəki işinə də toxunub.

Prosineçki deyib: “Azərbaycanda keçirdiyim 3 il maraqlı təcrübə oldu. Yalnız oyuna 2 həftə qalmış Azərbaycana gedən sələflərimdən fərqli olaraq, mən ailəmlə birgə orada yaşayırdım. Biz yaxşı oyun nümayiş etdirməklə Norveçə qalib gəldik, Xorvatiya və Çexiya ilə heç-heçə etdik. Amma 3 il işlədikdən sonra mən gördüm ki, Azərbaycan millisində inkişaf yoxdur”.

Xatırladaq ki, Robert Prosineçki 2014-17-ci illərdə Azərbaycanda çalışıb.

Mənbə: qol.az