Buskets "Barselona" ilə bağlı qərarı haqda

Buskets "Barselona" ilə bağlı qərarı haqda<span class="qirmizi"></span>

Serxio Buskets "Barselona"dan ayrılma qərarından danışıb.

Qol.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib:

“Uzun müddət həyat yoldaşımla evdə bu qərarı düşündüm. Müəyyən bir nöqtədə az-çox qərarlı idim, amma sonra hər gün məşqə gedəndə baş məşqçimiz və komanda yoldaşlarım məni bu qərarı verməyimə tərəddüd etdirirdi".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Buskets 2008-ci ildə əsas komandada debüt edib. İspaniya millisinin üzvü kataloniyalıların heyətində 718 oyuna 18 qol vurub və 45 məhsuldar ötürmə verib. 34yaşlı yarımmüdafiəçi "Barselona" ilə 8 dəfə İspaniya çempionu, 7 dəfə ölkə kuboku və super kubokunu qazanıb, 3 dəfə Çempionlar Liqasının, UEFA super kubokunun və Klublararası dünya çempionatının qalibi olub.

Mənbə: qol.az