"Ramil Şeydayev Rusiyada qiymətləndirilməyib"

"Ramil Şeydayev Rusiyada qiymətləndirilməyib"<span class="qirmizi"></span>

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın championat.com saytına müsahibəsində Ramil Şeydayevin “Zenit”də möhkəmlənə bilməməsindən danışıb.

Millimizin üzvü qeyd edib ki, Şeydayevə Rusiyada düzgün qiymət verilməyib:

Həmçinin oxuyun: “Gecə klubları mənlik deyil” - Şahruddin

“Ramil bura aiddir, onu Azərbaycanda sevirlər. Bunun sayəsində sərbəst oldu. Şeydayev çox yaxşı futbolçudur. Sadəcə ona inanmaq lazımdır. Azərbaycanda öz oyununu tapdı, amma düzgün işləməsi ilə əminəm ki, daha da yüksək səviyyəyə qalxa bilir. Məncə, indi o, potensialının yalnız 50-60 faizini nümayiş etdirir.

Düşünürəm ki, Şeydayev Rusiyada qiymətləndirilməyib. Əminəm ki, “Zenit”də böyüyə və irəliləyə bilərdi”.

Qeyd edək ki, “Zenit”in yetirməsi olan Şeydayev Sankt-Peterburq klubunun əsas komandasında çıxış etməyib. 2017-2018 mövsümündə “Qarabağ”da çıxış edən hücumçu 2021-ci ildə yenidən Ağdam klubuna qayıdıb. “Qarabağ”la başa çatan müqaviləsini yeniləməyən forvardın Tailandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilir.

Mənbə: qol.az