İddialara cavab verdi - Ronaldodan transfer AÇIQLAMASI

İddialara cavab verdi -  Ronaldodan transfer AÇIQLAMASI<span class="qirmizi"></span>

Səudiyyə Ərəbistanından gedəcəyi deyilən Kriştiano Ronaldo onunla bağlı yayılan xəbərlərlə bağlı açıqlama verib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 38 yaşlı portuqaliyalı ulduz futbolçu transfer iddialarına cavablayıb. Ərəbistanda qalacağını dilə gətirən Ronaldo, "Səudiyyə Ərəbistanında xoşbəxtəm. Burada qalacam. İstədiklərini etsələr, bu liqa 5 ildə ilk 5 liqadan biri ola bilər" – deyə haqqında yayılan iddialara cavab verib.

“Əl-Nassr”la 2 illik müqavilə imzalayan Ronaldo ilk mövsümündə 200 milyon avro qazanıb. Ronaldo müqaviləsinin sonunda 400 milyon avro alacaq. Portuqaliyalı ulduz futboldan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının idman siması olacaq.

Qeyd edək ki, Ronaldonun formasını geyindiyi “Əl-Nassr” mövsümü ikinci pillədə başa vurub, ölkə çempionu isə “Əl-İttihad” olub. 38 yaşlı ulduz hücumçu liqada 16 matçda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mənbə: manset.az