Azərbaycan millisi ilk oyunda Türkiyəyə uduzdu

Azərbaycan millisi ilk oyunda Türkiyəyə uduzdu<span class="qirmizi"></span>

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, Su İdman Sarayının çimərlik meydançasında Türkiyə millisinə qarşı oyun 6:5 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Emin Həsənzadə və Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qolunu Elçin Qasımov vurub. Bu komandalar arasında növbəti oyun iyunun 3-də olacaq.

Mənbə: qol.az