Bakıda buz meydançası istifadəyə verilib

Bakıda buz meydançası istifadəyə verilib<span class="qirmizi"></span>

Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib.

“Report”un məlumatına görə, bununla bağlı idman obyektində açılış mərasimi təşkil olunur.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, olimpiya çempionları, idman səfirləri və federasiya rəsmiləri iştirak edirlər.

Meydança ölkədə fiqurlu konkisürmənin inkişafına təkan məqsədilə istifadəyə verilib.

Burada hokkey idman növünün inkişafı üçün tələb olunan imkanlar da mövcuddur.

Mənbə: report.az