Bunu bacaran ilk qadın oldu, adını tarixə yazdı

Bunu bacaran ilk qadın oldu, adını tarixə yazdı<span class="qirmizi"></span>

Qadınların atletika yarışlarında 1500 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşib.

Publika.az xəbər verir ki, keniyalı idmançı Feyt Kipyeqon 3 dəqiqə 49,11 saniyəlik nəticə göstərib. Kiypeqon bu uğura Romada keçirilən Brilyant Liqasında nail olub. O, dünyada 3.50,00 göstəricisini yaxşılaşdıran ilk idmançı olub.

Bundan əvvəl ən yaxşı nəticə efiopiyalı Genzebe Diababaya məxsus idi. Adıçəkilən idmançı 2015-ci ildə Monakoda 3.50,07 nəticəyə imza atmışdı.

Qeyd edək ki, Kipyeqon ikiqat Olimpiya və dünya çempionudur.

Heybət

Mənbə: publika.az