Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağı rəsmi təsdiqini tapdı.
Publika.az xəbər verir ki, “Köhlən atlar”la müqaviləsinin müddəti başa çatan hücumçu karyerasını Taylandın “Buriram Yunayted”ində davam etdirəcəyi şübhə doğurmur.
Klub ayrılıq xəbərini sosial media səhifələrində paylaşıb. Bundan bir az əvvəl isə səbəbkar “instagram” hesabında vida mesajı verib.
Şeydayev səhifəsində Musa Qurbanlı, Abbas Hüseynov, Şahruddin Məhəmmədəliyev, Yassin Benzia, Adama Diakabi və Abdullah Zubirlə birgə çəkdirdiyi fotonu yerləşdirərək “Bu, gözəl ov idi, əxilər” sözlərini yazıb.
Yeri gəlmişkən, Zubir də komanda yoldaşının “Qarabağ”dan ayrılığına reaksiya verib. Ağdamlıların “10 nömrə”si onun üçün darıxacağını gizlətməyib: “Əxi, sənin üçün darıxacağam. Sənə hər şeyin ən yaxşısını arzulayıram”.
Mənbə: publika.az