İlkay Gündoğan İngiltərədə tarixə düşdü

İlkay Gündoğan İngiltərədə tarixə düşdü<span class="qirmizi"></span>

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan tarixə düşüb.

Milli.Az matc.az-a istinadən bildirir ki, o, buna İngiltərə kubokunun finalında "Mançester Yunayted"ə 14-cü saniyədə qol vuraraq nail olub.

Bundan əvvəl fransalı Lui Saha turnirin həlledici matçında ən sürətli qolun müəllifi hesab olunurdu. Saha 2009-cu ildə "Everton"da oynayarkən, "Çelsi"yə 25-ci saniyədə qol vurmuşdu.

Mənbə: news.milli.az