"Qəbələ" tarix yazdı" - Elmar Baxşıyev

"Qəbələ" tarix yazdı" - Elmar Baxşıyev<span class="qirmizi"></span>

"Daha çox komandama görə sevinirəm. Mövsüm ərzində çox çətin və əziyyətli günlər keçirdik. Futbolçulara təşəkkür edirəm. Komandam tarix yazdı. Daha da yaxşı "Qəbələ" görmək istəyirəm".

Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun finalında "Neftçi"yə qalib gələrək titulu qazanmaqları barədə danışarkən deyib.

Mütəxəssis layiqli qələbə qazandıqlarını deyib: "Futbolçular əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq".

E. Baxşıyev kubokun qazanılması "Qələbə"nin büdcəsinin artmasına səbəb olub-olmayacağı haqda bunları deyib: "Mən bu komandanın daha güclü olmasını istəyirəm. Çalışacağıq ki, heyəti qoruyaq və yeni futbolçularla güclənək".

Bu, E.Baxşıyevin baş məşqçi kimi ilk kubokudur. O, təəssüratlarını bölüşüb: "Əlbəttə ki, kuboku qazanmaq nailiyyətdir. Amma daha çox futbolçularıma görə sevinirəm".

"Rəqib baş məşqçi son dəqiqələrdə feyr-pleyə qarşı çıxdı. Bu haqda nə deyə bilərsiniz" sualına belə cavab verib: "Onu da başa düşmək olar. Komandası məğlub olurdu. Belə etmək istəməzdi. Amma bu, futboldur. Belə hallar olur".

Mənbə: qol.az