Naxçıvanda idman kompleksləri yaradılacaq, açıq hava idman qurğuları qurulacaq

Naxçıvanda idman kompleksləri yaradılacaq, açıq hava idman qurğuları qurulacaq<span class="qirmizi"></span>

Naxçıvanda əhalinin asudə vaxtının səmərəli təşkili üçün idman kompleksləri yaradılacaq və açıq hava idman qurğuları qurulacaq.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Bununla bağlı icraçı qurum kimi Naxçıvanın Nazirlər Kabineti ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi müəyyənləşib.

Proqramda qeyd olunub ki, bu işlər 2023–2027-ci illəri əhatə edəcək.

Mənbə: report.az