“Roma”dan gedir?

“Roma”dan gedir?<span class="qirmizi"></span>

Portuqaliyalı mütəxəssis mövsüm ərzində göstərdikləri dəstəyə görə “Roma” klubunun azarkeşlərinə minnətdarlığını bildirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Joze Mourinyonun gələn mövsüm də "Roma"da qalacağı gözlənilir. Bu barədə A Seriyasının 38-ci turunun “Spezia” ilə oyunundan sonra portuqaliyalı mütəxəssisin özü Roma klubunun azarkeşlərinə məlumat verib.

Qeyd edək ki, paytaxt klubu rəqibini 2:1 hesabı ilə məğlub etsə də, sarı vərəqələrə görə baş məşqçi özü məşqçi kimi meydanın kənarında olmayıb.

Buna baxmayaraq, azarkeşlər oyun boyu onu dəstəkləyib, portuqaliyalının və komandanın şərəfinə şüarlar səsləndiriblər.

Döyüşdən sonra Mourinyo azarkeşlərə dəstəyə görə təşəkkür etmək üçün tribunalara yaxınlaşıb, üstəlik, mütəxəssis növbəti mövsümdə də “Roma”da işləməyə davam edəcəyinə jest edib.

 

Mənbə: lent.az