Avropanın milli çempionatlarında başa çatan 2022/2023 mövsümünün çempionları orta hesabla topladıqları xallara görə sıralanıblar.
“Report”un araşdırmasına görə, Azərbaycan Premyer Liqasının qalibi “Qarabağ” qitənin 42 ölkəsinin birinciləri arasında ən məhsuldar komandalardan biridir.
Ağdam təmsilçisi keçirdiyi 36 oyunda 90 xal toplayıb. Orta hesabla hər matça 2,50 xal düşür ki, “Qarabağ” bu baxımdan Avropanın ən yaxşı 7-ci klubudur. Qurban Qurbanovun kollektivi hətta “böyük beşlik” liqalarının, eləcə də, Türkiyə çempionatının və MDB məkanı ölkələrinin qaliblərindən də yüksək göstərici ilə diqqət çəkib.
Siyahıya Malta “Hamrun”u başçılıq edir. Adıçəkilən komandanın hər görüş üçün xal ehtiyatı 2,65-ə bərabər olub.
Hələlik yalnız Bolqarıstan çempionatının qızıl mükafatçısı bəlli deyil. Həmin ölkədə sona bir tur qalmış “Ludoqorets” 82 xalla turnir cədvəlinə başçılıq edir. “Ludoqorets” son turda qalib gəlsə belə, “Qarabağ”a çata bilməyəcək.
Çempionların 2022/2023 mövsümündə topladıqları xallara görə sıralaması:
1. “Hamrun” (Malta): 26 oyunda 69 xal - orta hesabla hər oyunda 2,65 xal
2. “Srvena Zvezda” (Serbiya): 37 oyunda 97 xal - orta hesabla 2,62
3. “Linkoln” (Cəbəllütariq): 20 oyunda 52 xal - orta hesabla 2,60
4. “Seltik” (Şotlandiya): 38 oyunda 99 xal - orta hesabla 2,60
5. TNS (Uels): 32 oyunda 83 xal - orta hesabla 2,59
6. “Hesperange” (Lüksemburq): 30 oyunda 77 xal - orta hesabla 2,56
7. “Qarabağ” (Azərbaycan): 36 oyunda 90 xal - orta hesabla 2,50
8. “Qalatasaray” (Türkiyə): 36 oyunda 88 xal - orta hesabla 2,44
9. “Tre Penne” (San-Marino): 28 oyunda 68 xal - orta hesabla 2,42
10-11. “Ludoqorets” (Bolqarıstan): 34 oyunda 82 xal (1 tur qalır) - orta hesabla 2,41
10-11. “Feyenoord” (Niderland): 34 oyunda 82 xal - orta hesabla 2,41
12. “Şaxtyor” (Donetsk, Ukrayna): 30 oyunda 72 xal - orta hesabla 2,40
13. “Zalsburq” (Avstriya): 32 oyunda 77 xal - orta hesabla 2,40
14. “Şerif” (Moldova): 24 oyunda 57 xal - orta hesabla 2,37
15. “Zrinski” (Bosniya və Herseqovina): 33 oyunda 78 xal - orta hesabla 2,36
16. “Urartu” (Ermənistan): 35 oyunda 82 xal (1 oyunu qalır) - orta hesabla 2,34
17. “Mançester Siti” (İngiltərə): 38 oyunda 89 xal – orta hesabla 2,34
18. “Zenit” (Rusiya): 30 oyunda 70 xal - orta hesabla 2,33
19. “Napoli” (İtaliya): 38 oyunda 90 xal - orta hesabla 2,33
20. “Barselona” (İspaniya): 38 oyunda 88 xal - orta hesabla 2,31
21. AEK (Yunanıstan): 36 oyunda 83 xal - orta hesabla 2,30
22. “Benfika” (Portuqaliya): 34 oyunda 87 xal - orta hesabla 2,55
23. “Struqa” (Şimali Makedoniya): 30 oyunda 68 xal - orta hesabla 2,26
24. “Atletik Eskaldes” (Andorra): 28 oyunda 63 xal - orta hesabla 2,25
25-26. “Dinamo” (Zaqreb, Xorvatiya): 36 oyunda 81 xal - orta hesabla 2,25
25-26. “Makkabi” (Hayfa, İsrail): 36 oyunda 81 xal - orta hesabla 2,25
27. PSJ (Fransa): 38 oyunda 85 xal - orta hesabla 2,23
28. “Sparta” (Çexiya): 35 oyunda 78 xal - orta hesabla 2,22
29. “Rakuv” (Polşa): 34 oyunda 75 xal - orta hesabla 2,20
30. “Larne” (Şimali İrlandiya): 38 oyunda 83 xal - orta hesabla 2,18
31. “Slovan” (Slovakiya): 32 oyunda 69 xal - orta hesabla 2,15
32. “Farul” (Rumıniya): 40 oyunda 85 xal - orta hesabla 2,12
33. “Buduçnost” (Monteneqro: 36 oyunda 70 xal - orta hesabla 1,94
34. “Ferentsvaroş” (Macarıstan): 33 oyunda 63 xal - orta hesabla 1,90
35. “Kopenhagen” (Danimarka): 32 oyunda 59 xal - orta hesabla 1,84
36. “Partizani” (Albaniya) - 36 oyunda 67 xal - orta hesabla 1,86
37. “Bavariya” (Almaniya): 34 oyunda 71 xal - orta hesabla 2,08
38. “Antverpen” (Belçika): 40 oyunda 83 xal - orta hesabla 2,07
39-40. “Aris” (Kipr): 36 oyunda 74 xal - orta hesabla 2,05
39-40. “Yanq Boyz” (İsveçrə): 36 oyunda 74 xal - orta hesabla 2,05
41-42. “Ballkani” (Kosovo): 36 oyunda 73 xal - orta hesabla 2,02
41-42. “Olimpiya” (Sloveniya): 36 oyunda 73 xal - orta hesabla 2,02
Mənbə: report.az