Eldar Quliyev Ukrayna millisinə dəvət aldı

Eldar Quliyev Ukrayna millisinə dəvət aldı<span class="qirmizi"></span>

Ukraynanın gənclərdən ibarət milli komandasının Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Qol.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, son təlim-məşq prosesi gənclər arasında Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi daşıyır. 25 nəfərlik əsas heyətə bu yay "Sabah"la icarə müqaviləsi başa çatan yarımmüdafəçisi Aleksey Kaşuk yer alıb.

Baş məşqçi Ruslan Rotanın hazırladığı 7 nəfərlik ehtiyat oyunçular siyahısında isə "Zirə"nin futbolçusu Eldar Quliyev də var.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatının final mərhələsi iki ölkədə - Gürcüstan və Rumıniyada keçiriləcək. İyunun 21-də başlanacaq yarışa iyulun 8-də yekun vurulacaq.

Mənbə: qol.az