Əliyar Ağayev Avropa çempionatının final mərhələsinə təyinat alıb

Əliyar Ağayev Avropa çempionatının final mərhələsinə təyinat alıb<span class="qirmizi"></span>

Azərbaycanın FIFA referisi Əliyev Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.

"Report"un əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.

A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı 21 iyun-8 iyulda Gürcüstan və Rumıniyada təşkil olunacaq.

Mənbə: report.az