Di Mariya və Paredes PSJ-dən ayrılır

Di Mariya və Paredes PSJ-dən ayrılır<span class="qirmizi"></span>

"Yuventus"un yarımmüdafiəçisi Anxel Di Mariya və klubda icarə əsasında çıxış edən Leandro Paredes yaxın vaxtlarda Turin təmsilçisindən ayrılacaqlar.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb. Bildirilib ki, Paredes PSJ-yə qayıdacaq, bundan sonra Paris təmsilçisi futbolçunu satacaq. Di Mariya da öz növbəsində "Yuventus"u azad agent kimi tərk edəcək.

2022/2023 mövsümündə Paredes "Yuventus"un heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 1 qol və 1 qolun ötürməsini verib. Di Mariya isə 40 görüşdə iştirak edib, 8 qol və 7 qol ötürməsinin müəllifi olub. Onun "Benfika"ya qayıtmağa yaxın olduğu bildirilib. Di Mariya 3 il (2007-2010-cu illər) Portuqaliya klubunda çıxış edib.

Mənbə: qol.az