Messinin tələbi ərəbləri təəccübləndirdi

Messinin tələbi ərəbləri təəccübləndirdi<span class="qirmizi"></span>

Lionel Messi Səudiyyə Ərəbistanına keçidini təxirə salmaq istəyir.

Publika.az xəbər verir ki, bazar ertəsi argentinalı futbolçunun nümayəndələri "Əl-Hilal" rəhbərliyi ilə görüşüb və bu transferi 2024-cü ilin yayına qədər təxirə salmağı xahiş ediblər. Bu barədə "Goal" məlumat yayıb.

Leonun tələbi ərəbləri təəccübləndirib. Onlar, gələn il təkliflərinin hazırkından fərqli olacağını söyləyiblər.

Messinin atası isə dünən İspaniya mətbuatına açıqlamasında Lionelin"Barselona"ya qayıtmaq istədiyini bildirib.

Qeyd edək ki, 35 yaşlı futbolçu gələn ay azad agent olacaq. Onun PSJ ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.

Mənbə: publika.az