100 metr məsafəni 10 saniyədən az müddətdə ilk qaçan idmançı öldü

100 metr məsafəni 10 saniyədən az müddətdə  ilk qaçan  idmançı öldü<span class="qirmizi"></span>

Olimpiadanın ikiqat qızıl mükafatçısı Cim Hayns 77 yaşında vəfat edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 100 metr məsafəni 10 saniyədən tez qaçan ilk şəxs kimi tarixə düşən Cim Haynes dünyasını dəyişib.

1968-ci il Mexiko Olimpiadasında Hayns 100 metr məsafəni 9,95 saniyəyə qaçaraq qızıl medal qazanıb. Onun dünya rekordu təxminən 15 il davam edib və 1983-cü ildə Kelvin Smit tərəfindən qırılıb.

Yamaykalı sprinter Useyn Bolt 9,58 nəticə ilə 100 metr məsafəyə qaçış üzrə dünya rekorduna sahibdir.

Cim Hayns həmçinin Mexikoda 4x100 metr estafet yarışında qalib gəlib.

Maraqlıdır ki, eyni 1968-ci ildə Hayns Milli Futbol Liqasının layihəsində “Mayami Dolfins” klubunda 146-cı nömrə ilə çıxış edib. Florida klubu üçün sprinter bir mövsüm keçirib, 10 oynda iştirak edib.

Mənbə: lent.az