"Qəbələ" dörd futbolçu ilə 2 illik müqavilə imzalayıb

"Qəbələ" dörd futbolçu ilə 2 illik müqavilə imzalayıb<span class="qirmizi"></span>

"Qəbələ"nin futbolçuları Urfan Abbasov, İlkin Qırtımov, Murad Musayev və Emin Səfərovla imzaladığı yeni müqavilənin müddəti bəlli olub.

Klubun baş meneceri Nail Kərimovun "Report"a verdiyi məlumata görə, oyunçuların hər biri 2 illik sözləşməyə imza atıblar.

"Qırmızı-qaralar"ın rəsmisi digər futbolçularla danışıqların davam etdiyini bildirib: "İsnik Aliminin agenti ilə söhbətimiz olub. Bizə dediyinə görə, hazırda heç bir klubla müqavilə bağlamayıblar. Təklifləri dəyərləndirirlər".

Qeyd edək ki, "Qəbələ" hələlik yalnız Məqsəd İsayevlə vidalaşıb. Müdafiəçi "Zirə"yə keçib.

Mənbə: report.az