"Barselona"ya gəlir: Klubu ayrıldığını rəsmən açıqladı

"Barselona"ya gəlir: Klubu ayrıldığını rəsmən açıqladı<span class="qirmizi"></span>

"Barselona" yay transfer pəmcərəsində ilk transferini reallaşdırmağa hazırlaşır.

Publika.az xəbər verir ki, söhbət “Atletik”in müdafiəçisi İniqo Martinesdən gedir. Bilbao təmsilçisi ispaniyalı müdafiəçinin bu gün klubdan ayrılacağını rəsmən açıqlayıb.

Martinesin müqaviləsinn müddəti iyunun sonunda başa çatacaq. 6 mövsümdür "Atletik"də çıxış edən 32 yaşlı futbolçu anlaşmanı uzatmaqdan imtina edib və komandanı azad agent kimi tərk edir.

“Barselona” yaxın günlərdə onun transferini açıqlayacaq. İniqo “Barsa” ilə 3 illik müqaviləyə imza atacaq.

Heybət

Mənbə: publika.az