Azərbaycan məşqçilərinin Beynəlxalq Cüdo Federasiyasının (IJF) akademiyasında təhsili davam edir.
Federasiyadan "Report"a verilən məlumata görə, cari ilin martından etibarən daha 75 mütəxəssis Akademiyanın proqramında təhsilə başlayıb.
İyunun 3-də məşqçilər üçün seminar təşkil olunub. Təlim ötən il akademiyada ən yüksək nəticə əldə edən və IJF ekspertləri tərəfindən tövsiyə olunan peşəkar cüdo məşqçiləri tərəfindən keçirilib.
Seminar Beynəlxalq Cüdo Federasiyasının praktiki dərslərinə və imtahanına hazırlıq məqsədi daşıyır.
Azərbaycan Cüdo Federasiyası məşqçilərin biliklərinin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə seminarların davamlı olaraq keçirilməsini planlaşdırır.
Mənbə: report.az