Fatih Terimin “Instagram” hesabı oğurlandı, “Fənərbağça”nın prezidenti ilə videosu paylaşıldı - FOTO

Fatih Terimin “Instagram” hesabı oğurlandı, “Fənərbağça”nın prezidenti ilə videosu paylaşıldı - FOTO<span class="qirmizi"></span>

“Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fatih Terimin sosial şəbəkə hesabı oğurlanıb.

Təcrübəli mütəxəssisin “Instagram” hesabında “Fənərbağça”nın prezidenti Ali Koçla videosu paylaşılıb və bu ifadələr yer alıb: “Dostlar, biz adıkeçən adamlarla rəqib belə deyilik”,

Bir müddət sonra hesabını qaytaran Fatih Terim həmin paylaşımın nəzərə alınmamasını xahiş edib:

“Bu gün sosial şəbəkə hesabımın oğurlanmasından sonra səhifəmdə nəzarətdənkənar paylaşım edilib. Qısa müddət ərzində fərqinə varılan bu paylaşım silindikdən sonra hesabım geri qaytarılıb. Həmin paylaşımı nəzərə almamağınızı xahiş edirəm”.

Mənbə: NTV Spor

Mənbə: moderator.az