Tayland klubuna keçən Ramil Şeydayevin dəyəri nə qədərdir?

Tayland klubuna keçən Ramil Şeydayevin dəyəri nə qədərdir?<span class="qirmizi"></span>

Mövsüm bitən kimi "Qarabağ"dan ayrılan və Tayland klubu "Buriram Yunayted"lə müqavilə bağlayan Ramil Şeydayevin transfer qiyməti bəlli olub.
Valyuta.az xəbər verir ki, məşhur "Transfermarkt" saytı millimizin üzvünü 1 milyon 200 min avro olaraq dəyərləndirib. Mövsümü bombardir kimi tamamlayan Şeydayev Tayland klubuna azad agent qismində transfer olunub.
Hücumçu cari mövsüm "Qarabağ"ın heyətində 22 qol vurub. O, bu göstəricidə komanda yoldaşı Musa Qurbanlını (21 qol) bir qol fərqi ilə üstələyib.
Şeydayev 2021-ci ildə "Sabah"dan "Qarabağ"a transfer olunmuşdu.

Mənbə: teref.az