Türkiyə təmsilçisinin baş məşqçisi dörd ildən sonra klubdan ayrılıb

Türkiyə təmsilçisinin baş məşqçisi dörd ildən sonra klubdan ayrılıb<span class="qirmizi"></span>

Türkiyəli baş məşqçi Rıza Çalımbay "Sivasspor" klubundan ayrılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə açıqlama verib.

O, artıq vidalaşmaq vaxtı olduğunu bildirib: "Heç kimə qarşı incikliyim yoxdur. Bura mənim məmləkətimdir. Yenidən qayıtmaq üçün gedirəm".

Qeyd edək ki, Rıza Çalımbay 2019-cu ildən "Sivasspor"da işləyib. Komanda onun rəhbərliyi altında 2021/2022 mövsümündə Türkiyə Kubokunu qazanıb.

Mənbə: report.az