"Sumqayıt" "Kəpəz"dən ayrılmış qapıçını heyətinə qatıb

"Sumqayıt" "Kəpəz"dən ayrılmış qapıçını heyətinə qatıb<span class="qirmizi"></span>

"Sumqayıt" klubu heyətinə qapıçı cəlb edib.

"Gənclik şəhəri" təmsilçisindən "Report"a verilən məlumata görə, son mövsümü "Kəpəz"də keçirmiş Orxan Sadıqlı ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Orxan Sadıqlı 2018/2019 mövsümündə "Sumqayıt"ın heyətində iki oyun keçirib. 30 yaşlı qolkiper karyerası ərzində "Xəzər Lənkəran", "İnter" (hazırkı "Şamaxı") və "Zirə"nin də uğurları üçün çalışıb.

Mənbə: report.az