Zidanla danışıqlar başladı: Fantastik maaş

Zidanla danışıqlar başladı: Fantastik maaş<span class="qirmizi"></span>

Fransalı mütəxəssis Zinəddin Zidan Səudiyyə Ərəbistanında işləyə bilər.

Publika.az xəbər verir ki, “Əl-Nəsr” Madrid “Real”ının keçmiş baş məşqçisinə komandanın “sükanı arxası”na keçməyi təklif edib. Ərəblər 50 yaşlı məşqçiyə illik 50 milyon avro maaş verməyə hazırdırlar.

Portuqaliyalı superulduz Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubunun nümayəndələri artıq Zidanla danışıqlara başlayıblar. Onlar fransalı məşqçini razı salacaqlarına inanırlar. Zidan bu təklifi qəbul etsə, futbolda ən yüksək məvacib alan baş məşqçisi olacaq.

Son mövsümü 67 xalla turnir cədvəlinin ikinci pilləsində başa vuran “Əl-Nəsr” mövsümün sonuna yaxın baş məşqçisi Rudi Qarsiya ilə yollarını ayırıb.

Qeyd edək ki, Ronaldo və Zidan "Real"da bir yerdə çalışıblar və 3 dəfə Çempionlar Liqasının qalibi olublar.

Heybət

Mənbə: publika.az