İrqçiliyə etiraza görə qara forma geyinəcəklər

İrqçiliyə etiraza görə qara forma geyinəcəklər<span class="qirmizi"></span>

Braziliya millisi ilk dəfə qara formada çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, komanda Qvineya ilə yoldaşlıq görüşündə meydana xüsusi geyimdə çıxacaqlar.

Komandanı bu addımı atmağa Vinisius Junior başda olmaqla, bəzi futbolçuların irqçi şüarlara məruz qalması vadar edib. "Sambaçılar" buna etiraz əlaməti olaraq, qara formadan istifadə edəcəklər.

Yalnız birinci hissədən sonra oyunçular milli bayrağın rənglərində olan ənənəvi formaya qayıdacaqlar.

Qeyd edək ki, Braziliya yığmasının Qvineya ilə oyunu iyunun 17-də Barselonada keçiriləcək. Cənubi Amerika komandası bundan üç gün sonra Lissabonda Seneqalla qarşılaşacaq.

Mənbə: olke.az