Xviçanın gələcəyi ilə bağlı açıqlama

Xviçanın gələcəyi ilə bağlı açıqlama<span class="qirmizi"></span>

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyanın agenti Mamuka Djugeli oyunçunun gələcəyi haqda danışıb.

Qol.az jurnalist Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o deyib ki, gürcüstanlı yarımmüdafiəçi klubu ilə yeni müqaviləyə köklənib:

"Biz "Napoli" ilə müqavilənin uzadılması ilə bağlı razılığa gəlmək istəyirik. Onun A Seriyasındakı ilk mövsümü çox müsbət keçdi. Amma ümid edirəm ki, növbəti mövsüm daha da yaxşı olacaq",

Xatırladırıq ki, Xviçanın klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

Mənbə: qol.az