Qurban Qurbanov və Regekampfın dünya reytinqində mövqeyi AÇIQLANDI

Qurban Qurbanov və Regekampfın dünya reytinqində mövqeyi  AÇIQLANDI<span class="qirmizi"></span>

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Redaktor.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Azərbaycan klublarının iki çalışdırıcısı yer alıb. Siyahıdakı yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur.

“Qarabağ”ın çalışdırıcısı 1595 xalla 204-cü yerdə qərarlaşıb. 51 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini qoruyub.

“Neftçi”nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampfın da yeri dəyişməz qalıb. O, 1627 xalla 174-cüdür.

Qeyd edək ki, ilk “üçlük” dəyişməz qalıb. Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) liderin ən yaxın izləyiciləridir.

Mənbə: redaktor.az