Voleybol millisinin baş məşqçisi: "Artıq məni Azərbaycan vətəndaşı da hesab edə bilərsiniz"

Voleybol millisinin baş məşqçisi: "Artıq məni Azərbaycan vətəndaşı da hesab edə bilərsiniz"<span class="qirmizi"></span>

"Artıq məni Azərbaycan vətəndaşı da hesab edə bilərsiniz. Çox danışmaq istəmirəm. Çünki nəticələrimi göstərmək istəyirəm".

"Report"un məlumatına görə, bunu Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının yeni baş məşqçisi Şahin Çatma mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan voleybolunun daha əvvəl yaxşı nailiyyətlər əldə etdiyini söyləyib: "Mən kiminsə yerini doldurmaq üçüm gəlməmişəm. Fərq yaratmaq üçün buradayam. Birlikdə çox gözəl işlər görəcəyik".

Mənbə: report.az