Neymar "Barselona" ya qayıdır

Neymar "Barselona" ya qayıdır<span class="qirmizi"></span>

Paris Sen-Jermen-in hücumçusu Neymar “Barselona”ya qayıda bilər.

Lent.az xəbər verir ki, karyerasını “İnter Mayami”də davam etdirməyə qərar verən Lionel Messinin transferi alınmadığı üçün sonra İspaniya klubu güclənmək istəyir.

Kataloniyalılar Neymarı transfer etmək qərarına gəlib. Qeyd olunur ki, Neymar artıq “Barselona”ya təklif olunub. Amma parislilərin irəli sürə biləcəyi şərtlər braziliyalı hücumçunun transferi üçün danışıqları çətinləşdirə bilər.

Neymar ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə verib. Transfermarkt-ın məlumatına görə, braziliyalının bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.

Mənbə: lent.az