Monteneqrolu mütəxəssis: "Bakı yadımda gözəl şəhər kimi qalıb"

Monteneqrolu mütəxəssis: "Bakı yadımda gözəl şəhər kimi qalıb"<span class="qirmizi"></span>

"Ölkənizlə bağlı çox yaxşı xatirələrim var. Bakı yadımda gözəl şəhər kimi qalıb".

Bunu "Report"a müsahibəsində "Bakı" klubunun sabiq baş məşqçisi Bojidar Bandoviç Azərbaycandakı karyerası və həyatı barədə danışarkən deyib.

2012/2013 mövsümündə paytaxt təmsilçisinin sükanı arxasında olan monteneqrolu mütəxəssis bildirib ki, həmin vaxt əlində olan heyətlə normal işlər görüb: "Ölkə çempionatında pley-offa (həmin vaxt Premyer Liqada "altılıq" sistemi tətbiq olunurdu - E.S) vəsiqə qazandıq. Yerli komandalardan "Qarabağ"ı yaxşı xatırlayıram. Hələ həmin dövrdə çox güclü kollektivə sahib idi".

Bojidar Bandoviçin müsahibəsinin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Mənbə: report.az