AFFA-ya yeni prezident seçildi - Fotolar - Yenilənib

AFFA-ya yeni prezident seçildi - Fotolar - Yenilənib

Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.

Konfransda AFFA-nın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Tədbir saat 10:00-da başlanacaq. Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı da daxildir.

Qeyd edək ki, son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.

Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan o, AFFA-nın növbəti prezidenti seçiləcək. Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olacaq.

 









Mənbə: qafqazinfo.az