"Qarabağ"ın futbolçusunun bu görüntüsü gündəm oldu - VİDEO

"Qarabağ"ın futbolçusunun bu görüntüsü gündəm oldu - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. 

Baku.ws-ə istinadən bildirilir ki, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. 

Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb.

Xatırladaq ki, "Qarabağ" Juninyonu 2023-cü ildə Portuqaliyanın "Çaves" klubundan heyətinə qatıb. Braziliyalı bu mövsüm Premyer Liqada 17 qol vuraraq 5 məhsuldar ötürmə ilə yadda qalıb. Juninyo Avrokuboklarda Ağdam təmsilçisinin əsas qol silahına çevrilib. Futbolçu 2023/24 mövsümündə Avroliqada 10 oyun keçirərək 5 qol və bir məhsul ötürməyə imza atıb. 

Mənbə: news.milli.az