“Neftçi” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

“Neftçi” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”la ilk oyundan əvvəl “Neftçi”nin zədəli futbolçularının son durumu müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Komanda sözügedən oyuna itkilərlə çıxacaq. Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş bu matçı buraxmalı olacaq.
Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 20:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Mənbə: bizim.media