“Yanınızda ailəniz var, utanın” - “Neftçi”nin müdafiəçisi

“Yanınızda ailəniz var, utanın” - “Neftçi”nin müdafiəçisi

 

“Neftçi”nin futbolçusu Azər Salahlının Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərlə mübahisə edib. 

“Qafqazinfo” xəbər verir ki,  o, zəif oyunlarına görə komandanı və futbolçunu özünü tənqid edən azarkeşlərə irad bildirib. 

A.Salahlı tribunalara yaxınlaşaraq bunları deyib: “Mən nə edim?, tək nə edə bilərəm. Yanınızda ailəniz, uşaqlarınız var. Dediyiniz sözlərdən utanmırsınız?”

Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən  “Neftçi”- “Qarabağ” oyunu Ağdam təmsilçisinin 0:4 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: qafqazinfo.az