"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov növbəti dəfə diqqət mərkəzinə düşüb.
51 yaşlı mütəxəssis "Neftçi" ilə Azərbaycan kubokunun yarımfinal matçından sonra serebral iflic xəstəsi olan azarkeşlə görüşüb. Təcrübəli mütəxəssis fanata xüsusi diqqət göstərib və vaideynləri ilə onunla bağlı söhbət aparıb.
Qeyd edək ki, Ağdam təmsilçisi sözügedən görüşdə əzəli rəqibini 4 cavabsız qolla məğlub edib.
Mənbə: publika.az