Xanım futbolçunu öpən federasiya prezidenti hava limanında saxlanıldı

Xanım futbolçunu öpən federasiya prezidenti hava limanında saxlanıldı

 

İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə bu gün baş verib. 

L.Rubiales hava limanında saxlanılıb. O, çirkli pulların yuyulmasında günahlandırılır. 

Qeyd edək ki, federasiyanın keçmiş rəhbəri FİFA tərəfindən 3 illik futboldan uzaqlaşdırılıb. 

Xatırladaq ki, qadınlardan ibarət İspaniya millisinin DÇ-2023-ün finalında İngiltərəni məğlub etdiyi oyundan sonra Luis Rubiales mükafatlandırma mərasimində Cenniferi öpüb. Bu səbəbdən onun 2,5 il müddətinə həbs olunması istənilib. 

Mənbə: qafqazinfo.az