PSJ bu futbolçu ilə razılığa gəldi

PSJ bu futbolçu ilə razılığa gəldi

"Napoli"nin hücumçusu Viktor Osimhen ona illik 13 milyon avroluq maaş təklif edən PSJ-yə keçməyə yaxındır.

Bizim.Media xəbər verir ki, “ll Matino” nəşrinə istinadən xəbər verir ki, Fransa nəhəngi nigeriyalı hücumçu üçün 120 milyon avro təzminat ödəməyə hazırdır. Osimhenin PSJ-yə keçidə müsbət yanaşdığı deyilir.

Xatırladaq ki, bu mövsüm nigeriyalı bütün turnirlərdə 26 matçda iştirak edib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Mənbə: bizim.media