Futbolçu formasını 50 avroya satdı - VİDEO

Futbolçu formasını 50 avroya satdı -

İspaniya 3-cü Liqasında mübarizə aparan “Malaqa”lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb.

Çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib.  

Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avro ödəyərək  formanı alıb. 

Sosial şəbəkələrdə yayılan görüntülərdə  futbolçu tənqid olunub.

O, bu hadisədən sonra üzr istəyib: “Mən milyonçu deyiləm. Klub bizdən formalar üçün pul alır, azarkeşlərin forma üçün pul təklif etməsi mənə normal göründü. Düzdür, etməməliydim. Ümid edirəm ki, insanlar bu vəziyyəti başa düşürlər”. 

 

Mənbə: qafqazinfo.az