ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

İlk gündə 2 cavab görüşü keçirilib. 

"Barselona" ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi PSJ-ni evdə qəbul edib. Paris təmsilçisi inamlı səfər qələbəsi qazanaraq yarımfinala yüksəlib - 4:1.

Digər matçda isə Dortmund "Borussiya"sı "Atletiko" ilə üz-üzə gəlib. İlk görüşdə Madrid təmsilçisi 2:1 hesablı qələbə qazansa da, Almaniya klubu cavab qarşılaşmasında rəqibini 4:2 hesabı ilə məğlub edərək yarımfinala adını yazdırıb.

Yarımfinalda PSJ və "Borussiya" üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/4 final mərhələsi, cavab oyunları

16 aprel

23:00. "Barselona" - PSJ - 1:4

Qollar: Rafinya, 12 - Dembele, 40, Vitinya, 54, Mbappe, 61-pen., 89

Qırmızı vərəqə: Arauxo ("Barselona")

Hakimlər: İstvan Kovaç, Vasile Florin Marinesku,  Mihai Ovidiu Artene, Horațiu Mirsea Feșniç (hamısı Rumıniya)

İlk oyun - 3:2

23:00. "Borussiya" (Dortmund) - "Atletiko" - 4:2

Qollar: Brandt, 43, Maatsen, 39, Fülkburq, 71, Sabitzer, 74 - Hummels, 49-avtoqol, Korrea, 64

Hakimlər: Slavko Vinçiç, Tomaz Klançnik, Andraz Kovaçiç, Matey Yug (hamısı Sloveniya)

İlk oyun 1:2

 

Mənbə: yenisabah.az