Velosiped zolağından niyə piyada keçidi kimi istifadə edirlər? - VİDEO

Velosiped zolağından niyə piyada keçidi kimi istifadə edirlər? -

Bakının bir neçə mərkəzi küçəsində çəkilən velosiped zolaqları sakinlərin və sürücülərin narazılığına səbəb olub.

Bu barədə Baku TV-nin hazırladığı süjetdə məlumat verilib.

Bildirilir ki, Fikrət Əmirov və Xəqani küçələrinin kəsişməsində velosipedlərin rahat şəkildə hərəkəti üçün zolaq çəkilsə də, buradan adətən piyadalar keçirlər.

“Piyadalar səhvən bu velosiped zolağından keçirlər. O gün bir avtomobil vaxtında saxlaya bilməsəydi, qadını vuracaqdı”, - deyə sakin söyləyib.

28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində isə üç geniş avtomobil zolağını kəsən velosiped zolağı çəkilib, bir az irəlidə isə piyada keçidi təşkil olunub. Bu da avtomobillərin ard-arda iki dəfə dayanması deməkdir.

“Sürücü piyada keçidində əyləcə basdıqdan sonra hərəkətə davam etmək istəyəndə qarşıdakı velosiped zolağında saxlamalı olur. Piyada keçidi ilə velosiped zolağı yan-yana olsa, sürücülər üçün daha rahat olar”, - sürücü narazılıq bildirib.

Mənbə: yenisabah.az