Azarkeşlər futbolçuya bıçaq atdı - Video

Azarkeşlər futbolçuya bıçaq atdı - Video

Kolumbiya çempionatında xoşagəlməz hadisə yaşanıb.

“Medelin” -“Atletiko Nasyonal” derbisində meydan sahiblərinin azarkeşləri rəqib futbolçu Pablo Cepelliniyə bıçaq atıb.

Bıçaq oyunçunun başına dəyib. Hadisə matçın 90+2-ci dəqiqəsində baş verib, lakin referi oyunu dayandırmayıb.

Qeyd edək ki, “Medelin” – “Atletiko Nasyonal” matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

Mənbə: qafqazinfo.az