BOK prezidenti: Olimpiya dəyərlərinə sadiq gənc yaradıcı insanları görmək bizi ilhamlandırır

BOK prezidenti: Olimpiya dəyərlərinə sadiq gənc yaradıcı insanları görmək bizi ilhamlandırır

Bakı, 10 sentyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax BOK-un təşkilatçılığı ilə keçirilən Gənclər Sammitində iştirak edib.

AZƏRTAC BOK-un rəsmi saytına istinadla xəbər verir ki, T.Bax əlli üç fəal gəncin iştirakı ilə keçirilən sammitdəki çıxışında deyib: “BOK-un Gənclər Sammiti cari ilin mühüm və yaddaqalan hadisələrindən biriridir. Çünki Olimpiya dəyərlərinə sadiq olan gənc yaradıcı insanları görmək bizi ilhamlandırır. Bu illər ərzində gənclərimiz hərtərəfli inkişaf ediblər və BOK-un fəaliyyətində qərarların qəbul edilməsində mühüm rol oynayırlar. Onlar bizi Olimpiya Oyunlarının və Olimpiya hərəkatının gələcəyini formalaşdırmaqda ruhlandırırlar”.

Sammitdə 16 fəal gənc BOK Komissiyasının tərkibinə daxil edilib. 2018-ci ildə komissiyada çalışanların sayı 7 nəfər olub.

“Lozanna – 2020” Yeniyetmələrin Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Virciniya Faivre BOK-un kommisiyalarında çalışan və “Lozanna-2020”də onlara kömək edən yaradıcı gənclərə minnətdarlığını bildirib.

BOK prezidenti 2020-ci ildə Münxendə keçiriləcək Gənclərin Dünya Sammitinin təşkilatçıları Kate Robertson və Hans Reitz ilə də görüşərək fikir mübadiləsi aparıb.

Mənbə: azertag.az